Gürcüstanın böyük şəhərlərinin girəcəyində postlar quruldu

Tbilisi, Batumi, Rustavi, Kutaisi, Zuqdidi, Qori və Poti şəhərlərinin giriş hissələrində polis postları qurulub.

24News.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qeyd edilir ki, polis bu yolla bütün ölkə ərazisində elan edilmiş karantin qaydalarını daha da sərtləşdirir.

Daxili İşlər Nazirliyi bu addımı yüksək epidemiya riski ilə əlaqədar atdığını insanların bütün yerdəyişmələrinə bu yolla nəzarət edildiyini bildirib.

Qeyd edək ki, bu gündən etibarən, bütün ölkə ərazisində karantin halı qüvvəyə minib. Axşam saat 21:00-dan səhər 06:00-dək komendat saatı qüvvədə olacaq.