Karantin rejimi qaydalarına əməl etməyənlər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək


“Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilir”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

“Virusun qarşısının tez bir zamanda alınması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir kəsdən karantin rejimi qaydalarına əməl etməsi, zərurət olmadıqda evdən çıxmamaq tələb olunur. Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında isə hüquqi məsuliyyət tədbirləri görüləcək”, - deyə məlumatda vurğulanır.