“Kurtlar vadisi”nin aktyoru koronavirusdan öldü

Türkiyədə koronavirusa (COVID-19) yoluxmuş aktyor Turhan Kaya vəfat edib.
APA yerli mətbuata istinadən xəbər verir ki, 69 yaşlı sənətçi 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı onun virusa yoluxduğu müəyyənləşib. Dərhal karantinə alınan aktyor bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, indiyədək müxtəlif filmlərdə oynayan T. Kaya ən son “Kurtlar vadisi” serialında “Ordinarus” obrazını canlandırmışdı.