Bakıda marşrut xətləri bağlanır? - RƏSMİ 

Bakıda marşrut xətlərinin məhdudlaşdırılması qərarı verilə bilər.
Lent.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev “Real TV”yə açıqlamasındadeyib. Onun sözlərinə görə, insanların bəziləri karantin qaydalarına əməl etmədiyi üçün səhərlər avtobuslarda sıxlıq yarandığını deyib:
“Təəssüf ki, bəzi vətəndaşlar tələb olunan qaydalara riayət etmir və zərurət olmadığı halda evdən çıxır. Buna görə də səhərlər ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Hazırda metronun tam bağlanmasına görə təşkil olunan ekspress xətlər fəaliyyət göstərir. Gələcəkdə marşrut xəttlərinin də bağlanması istisna deyil. Ancaq həyati əhəmiyyətli olan sahələrdə çalışanların mənzil başına çatması təmin ediləcək”.