İranda daha 138 nəfər koronavirusdan öldü

İranda son 24 saat ərzində koronavirusdan 138 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Nazirlik rəsmisi deyib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 3036 nəfərə çatıb.

“Son sutka ərzində 2987 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İranda koronavirusa yoluxanların sayı 47 593-ə çatıb. Bu günədək COVID-19 virusuna yoluxmuş 15 473 nəfər sağalıb. Hazırda virusa yoluxmuş 3871 nəfərin vəziyyəti ağırdır”, - o qeyd edib.