Azərbaycanda 35 min nəfər testdən keçirildi: karantində olanların sayı...


Ötən müddət ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.