Koronavirusdan ölən hamilə qadının uşağı xilas edildi

Türkiyənin Kocaeli vilayətinin Qartəpə rayonunda 8 aylıq hamilə qadın koronavirus səbəbindən dünyasını dəyişib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin bölgədə yaşayan Receb Aydın və həyat yoldaşı 8 aylıq hamilə qadın Betül Aydın koronavirusa yoluxduqları üçün xəstəxanaya yerləşdirilib.
Xroniki bronxitdən əziyyət çəkən B.Aydın bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. Onun 8 aylıq körpəsini isə əməliyyatla qurtarmaq mümkün olub. Qadının həyat yoldaşı 14 günlük müalicədən sonra evə buraxılıb.