Türkiyədə son sutkada 63 nəfər öldü

Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca keçirdiyi canlı yayımda məlumat verib.
O bildirib ki, bu gün ümümilikdə 14396 nəfər test edilib və 2148 nəfərdə koronavirus aşkarlanıb.
Qeyd edək ki, Türkiyədə koronavirusdan indiyə qədər 277 nəfər ölüb, 15679 nəfər isə xəstəliyə yoluxub.