Neftçalada  maarifləndirmə işləri davam etdirilir - Fotolar 


Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Neftçala rayonunda da təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, eləcə də polis əməkdaşları, bələdiyyə sədrləri və üzvləri, yerli icra və idarələrin nümayəndələri mobil qruplar yaradaraq, şəhərin park və bağlarını gəzib, sakinlərə çağırış edərək onlara karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə ediblər. Şəhər ərazisində çoxmənzilli yaşayış evlərində, binaların ümumi istifadə yerlərində, girişlərində, pilləkən və həyətlərində məişət tullantılarının atıldığı konteyner meydançalarında, küçə və prospektlərdə, parklarda, avtobus dayanacaqlarında həyata keçirilən dezinfeksiya tədbirlərinin intensivləşdirilməsi ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.