Xızı polisi yaşlı insanlara ərzaq yardımı edib (FOTO)


Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşularaq rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara dəstək olublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları qonağı olduqları evlərdə yaşlı rayon sakinləri ilə səmimi söhbətlər apararaq, onları maraqladıran sualları cavablandırıblar. Hər bir ailəyə ərzaq yardımı edən polislər, onlara vətəndaşlarımızın sağlamlıqlarının təmin olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən atılan qətiyyətli tədbirlər barəsində məlumat verilər.

Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan Azərbaycan polisinə minnətdar olduqlarını bildiriblər.