Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb


“Bu saata koronavirusa 41 yeni yoluxma qeydə alınıb”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O, həmin şəxslərdən 8-nin vəziyyətinin ağır, 11-nin vəziyyəti orta ağır, qalanlarının vəziyyətinin stabil olduğunu deyib.

İ. Məmmədov gün ərzində rəqəmlərin dəyişə biləcəyini də bildirib.