“Belə də olmalıdır” - Professor dərman şirkətlərinin yeni qrafikindən danışdı 


Dünəndən etibarən dərman şirkətləri və depoları aptekləri həftədə üç dəfə mal ilə təmin edirlər Hər gün apteklərə mal verən şirkətlər artıq yeni qrafiklə işləməyə başlayıblar.

Buna səbəb karantinlə əlaqədər olaraq işçilərin məzuniyyətə buraxılmasıdır. Bəs indiki çətin vəziyyətdə bu qərar nə qədər doğrudur?

ATU-nun professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında şirkətlərin yeni qrafiklə işləməsinin tərəfdarı olduğunu deyib:

“Əslində karantin dövründə belə də olmalıdır. Çünki heç kim evdən çölə çıxa bilmir”. 

 Professorun sözlərinə görə, apteklərin həftədə üç dəfə malla təmin olunması dərman təchizatına mənfi təsir etməyəcək: “Apteklər hansı dərmanın daha çox satıldığını bilirlər. Ona görə də sifarişi çox verəcəklər. Bu, problem deyil. Əsas məsələ ondan ibarətdir ki, tibbi maskaların çatışmazlığı olmasın. Çünki tibbi maska taxmayanlar cərimələnirlər, apteklərdə bu qoruyucu vasitəni tapmaq isə müşkülə çevrilib”.