Putin bu gün xalqa müraciət edəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciət edəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu gün Prezident Novo-Oqarevoda işləməyə davam edir. İş qrafikinə xalqa daha bir müraciət daxildir. İstənilən halda bu, yerli vaxtla 16:00-dan sonra olacaq”, – deyə o bildirib.