Dünya bu görüntülərlə sarsıldı: Koronavirusdan ölənlərin cəsədləri küçələrə atıldı - FOTO


Ekvadorda koronavirusdan ölənlərin meyitləri küçəyə atılıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin ən izdihamlı şəhəri olan Quayaquildə yaşayanlar küçələrə atılan cəsədlərin foto və videolarını sosial mediada paylaşıblar. Səlahiyyətli şəxslər təkcə koronavirusdan ölənlərin deyil, digər ölülərin də cəsədlərini yığmaqda çətinlik çəkir.

Ölənlərin yaxınları isə meyitlərin evdən götürülməsi üçün 4-5 gün gözləməli olduqlarını, buna görə də cəsədləri evdən çıxarmağa məcbur qaldıqlarını deyiblər. Yerli “El Universo” nəşrinin yaydığı məlumatda isə hələ də 400-500 cəsədin evlərdə qaldığı bildirilir.