Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib


Heydər Əliyev Fondu ölkəmizdə davam edən xüsusi karantin rejimində xalqımızın yaşlı nümayəndələrinə dəstək məqsədilə “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib. 

 Əhaliyə sağlamlıqlarının qorunması naminə evdən çıxmamaları, evdə qalmaları ilə bağlı çağırışların yer aldığı bu layihəyə ölkəmizin tanınmış simaları da qoşulub. Bu gün Xalq artisti Aygün Kazımova 103 yaşlı Xədicə nənənin virtual qonağı olub və ona öz hədiyyəsini təqdim edib.