“Əgər pandemiya uzun çəkərsə...” - İqtisadçı-ekspert 


Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsullar ƏDV-dən müddətli azad ediləcək. Bu barədə iqtisadiyyata dəstək proqramında qeyd olunub.

Bildirilir ki, əhalininin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi nəzərdə tutulur. 

 Məsələyə dair “Sherg.az”la fikirlərini bölüşən iqtisadçı-ekspert Nazim Bəydəmirli hələ bunun kifayət olmadığmı deyib:

“İstehlakçılar malın qiymətinin strukturunu bilmirlər, istehsalçılar isə bundan xəbərdardırlar. Malın strukturu təkcə onun maya qiymətindən yox, o cümlədən gömrük vergisindən, ƏDV-dən asılıdır. Bu cür fövqəladə vəziyyətlərdə monitorinqlər keçirmək, qiyməti baha olan ərzaqların strukturunda dəyişikliklər etmək lazımdır. Belə ki, bir çox məhsulların istehsalı ilə məşğul olub, hətta xaricə ixrac edə bilərik. Əgər pandemiya uzun çəkərsə yalnız bir qism yox, bütün məhsullar ƏDV-dən azad oluna bilər. Əlbəttə, bu, əhalinin xeyrinədir”.