Bakıda daha bir kafe karantin rejimini pozdu

Bakıda xüsusi karantin rejimi qaydalarını pozan kafe aşkarlanıb.
APA-nın məlumatına görə, xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində Bakının Lökbatan qəsəbəsi 2-ci massivin 1-ci keçidində yerləşən “Köhnə Faxralı” kafesində karantin qaydalarının pozulduğu müəyyən edilib. Kafe sahibi polis bölməsinə dəvət olunub, onun barəsində inzibati cəza tədbirləri görülüb.