Türkiyədə koronovirusdan ölənlərin sayı 425-ə çatıb

Türkiyədə yeni tip koronovirusdan (COVID-19) ölənlərin sayı 425 nəfər olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu məlumatı karonavirusla mübarizə tədbirlərilə əlaqdar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra Səhiyyə naziri Fəxrəddin Qoca paylaşıb.
Nazir deyib ki, bu gün koronovirusa yoluxmuş 69 xəstə ölüb və son 24 saatda 16160 şübhəli koronavirus analizindən keçib, onlardan 2786-nın cavabı pozitiv çıxıb.
Nazir deyib ki, ən çox vəfat edənlər İstanbulda qeydə alınıb.

Qeyd edək ki, Türkiyədə indiyə qədər 20 min 921 nəfərdə koronavirus aşkarlanıb.