Roza Zərgərli alqışladı: “Hamıya əhsən! Birik və güclüyük! 

“Operativ Qərargahın qayda və qanunlarına əməl  edirəm”

“İmkansızlara yardımlar edirik, amma işıqlandırmırıq”



Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli bir müddət əvvəl ayağından əməliyyat olunub. Son günlər də isə müğənni verdiyi açıqlamalarla gündəmə gəlib.  Biz də "Sherg.az" olaraq həm hazırkı karantin vəziyyəti,  həm də haqqında çıxan xəbərlərlə bağlı münasibətlərini öyrənmək üçün Roza Zərgərli ilə əlaqə saxladıq.

Müğənni ilə qısa söhbətimizi təqdim edirik: 

- Koronavirus təhlükəsi ilə bağlı xalqa nə deyə bilərsiniz?

- Virusla bağlı xalqa tövsiyə edirəm ki, evdə qalsınlar. Belə məsələhətdi.

- Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcəksinizmi ?

- Fonda martın 21-i ianə etmişəm. Amma işıqlanmasını istəmirəm. Çünki vəzifəmizdir. Borcumuz olan bir işi gündəmə gətirməyə də bilərik. Bunu öz adımdan deyirəm. Mübarizəyə çox insan qoşuldu. Hamıya əhsən! Birik və güclüyük!

-“Evdə qal!” kampaniyasını dəstəkləyirsinizmi ?

 - Operativ Qərargahın qayda və qanunlarına əməl  edirəm.  Sadəcə, bir müddət əvvəl əməliyyat olunduğum üçün iki dəfə həkim yoxlanışına getmişəm. Bir dəfə də canlı yayım üçün evdən çıxmışam. Artıq 25 gündür ki, evdəyəm.

- Onlayn layihələriniz olacaqmı ?

- Bu müddət ərzində 3 dəfə internet üzərindən layihəm olub.

- Evdə vaxt necə keçir ?  
- Yemək bişirirəm. Kulinariya istedadımı inkişaf etdirirəm.

- Türk sənətkarlar çətin günlərdə maddi problemləri olan ailələrə köməklik göstərib. Bəs sizin belə təşəbbüsünüz olacaqmı ?

-Türkiyədən niyə misal çəkirsiniz?  Bizim də neçə- neçə sənət dostlarımız yardımlar göstərirlər. Köməkliklər edirik, amma işıqlandırmırıq.

-Açıqlama vermişdiniz ki, Somalidən övladlığa uşaq götürmək fikriniz var..

-Somalidən uşaq götürmək məsələsini 8 ay əvvəl demişəm. Sadəcə yeni gündəmə gəldi. Üzərində çalışmalar gedir. Amma indi mümkün deyil. Arzumdu və həyata keçirmək istəyirəm.