Ukraynada 28 nəfər koronavirusdan ölüb


Ukraynada koronavirusdan ölənlərin sayı 28 nəfərə çatıb.

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki ümumilikdə bu günə qədər ölkə ərazisində 1096 nəfər koronavirusa yoluxub, xəstəliyə yoluxanlardan 23 nəfər sağalıb.