"Sahibkarlıq subyektlərinə iqtisadi dəstək  təqdirəlayiqdir" - İqtisad elmləri doktoru

"Yaranmış fövqalədə şəraitdə əhaliyə və sahibkarlıq subyektlərinə iqtisadi dəstək baxımından nəzərdə tutulan bu tədbirlər sistemi təqdirəlayiqdir".

Bunu "Sherg.az"a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Vahid Abbasov deyib.

Professor bildirib ki, xüsusilə iqtisadiyyatı nefdən asılı olan bir ölkədə bu tipli tədbirlərin görülməsi önəmlidir: 

"Dünya bazarında neftin qiyməti gözlənilmədən kəskin şəkildə aşağı düşüb. Belə dövrdə bu dəstəyin göstərilməsi ondan xəbər verir ki, dövlətimiz və hökumətimiz üçün həm iqtisadiyyatının, həm də onun ayrılmaz subyekti olan ölkə əhalisinin bu planetar fəlakətdən qorunması mühüm vəzifələrdən hesab olunur. Ən vacibi isə odur ki, yaranmış şəraitdə bu dəstəyin məqsədyönlü şəkildə göstərilməsi üçün cəmiyyətdə sağlam düşüncənin hakim olduğu ictimai rəy formalaşdırılmalıdır. Bu istiqamətdə mövcud olan əməli tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərin həyata keçirilməsinə mane ola biləcək sosial-iqtisadi, hətta psixoloji amillərin düzgün dəyərləndirilməsnə böyük ehtiyac var".