TƏBİB koronavirusla əlaqədar səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir


Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.

TƏBİB-dən APA-ya verilən məlumata görə, COVID-19 xəstəliyi ilə bağlı müalicə üçün respublikamızın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işçiləri aşağıdakı linkə daxil olaraq müraciət edə bilər.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeKWtG_uscD0jHsoGndO9odm_X4UvsfSlUm5jiev2tExv0o_Q/viewform