ABŞ Almaniyanın 200 min tibbi maskasını ələ keçirdi

Almaniyanın ABŞ şirkətinə sifariş verdiyi 400 min tibbi maskadan 200 minini Vaşinqton ələ keçirib.

Axar.az xəbər verir ki, sifarişin verildiyi şirkət maskaları Çindəki fabrikində hazırladıqdan sonra Banqkok hava limanına göndərsə də, buradan yük Almaniya yerinə ABŞ-a yola salınıb. Artıq Almaniya polisi də bu informasiyanı təsdiqləyərək, tibbi maskaların ölkəyə ABŞ-ın ixrac qadağası ucbatından gəlmədiyini bildirib.

Qeyd edək ki, bundan öncə Kanada və Fransa da ABŞ-la eyni situasiyanı yaşamışdı.