ABŞ-da koronavirusdan ölənlərin sayı 8 min nəfəri keçib


ABŞ-da koronavirus infeksiyasına yoluxanların sayı 300 mini keçib, bu virusdan ölənlərin sayı isə 8098 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin yerli vaxtla saat 15:30-a (Bakı vaxtı ilə 23:30) olan məlumatında qeyd olunub.

Bildirilir ki, virusa yoluxanların sayı 300 915 nəfərdir, virusdan ölənlərin sayı isə 7826-dan 8162 nəfərə çatıb. Sağalanlar isə 9853 nəfərdən artaraq 14 459 nəfər təşkil edib.