“Bu şəxslər öz avtomobillərindən istifadə edə bilərlər" – Aydınlıq gəldi

“İş icazəsi olan istənilən şəxs (vəkil, həkim, KİV əməkdaşı, polis işçisi, marketin kassiri və s.) idarə etməyə hüququ olan istənilən avtomobillə hərəkət edə bilər”





"Karantin rejimində iş icazəsi olan və ya fərdi icazə ilə yaşadığı yeri tərk edən şəxsin öz avtomobilindən istifədəsinə hər hansı məhdudiyyət yoxdur".
"Sherg.az"ın xəbərinə görə, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov yazıb.
Ekspert bəyan edib ki, fərdi avtomobil daha təhlükəsizdir: 

"Nə vəsiqə və ya arayışla, nə iş icazəsi, nə də fərdi icazə ilə yaşadığı yeri tərk edənlərin öz avtomobillərini qeydiyyata aldırması məcburi deyil. İş icazəsi üçün qeydiyyatda avtomobilin qeydiyyatı pəncərəsi olsa da, bu məcburi deyil. Çünki Nazirlər Kabineti yanında Operativ Qərargahın heç bir qərarında fərdi avtomobillərin hərəkətinə aid xüsusi göstəriş yoxdur. Bu da təbiidir, çünki karantin avtomobillərə yox, insanlara tətbiq olunub.



Ona görə də iş icazəsi olan istənilən şəxs (vəkil, həkim, KİV əməkdaşı, polis işçisi, marketin kassiri və s.) idarə etməyə hüququ olan istənilən avtomobillə hərəkət edə bilər. Bu halda kameralar vasitəsilə məsuliyyətə cəlb etmə də nəzərdə tutulmur. Hər hansı avtomobil dayandırıldıqdan sonra onun sürücüsünün və ya sərnişininin karantin rejimini pozduğu aydın olarsa, yalnız bundan sonra həmin rejimə nəzarət edən polis əməkdaşı məsuliyyəti sənədləşdirə bilər.
Hər bir halda ən başlıcası özünüzün və ətrafınızdakıların sağlamlığıdır. Çalışın zərurət olmadan evdən çıxmayın, virusun yayılmasına vasitə olmayın".