“Qanun və qaydalara əməl olunmur” – Yoluxmanı artıran səbəb


"Dünya ölkələrində korona pandemiyası yayıldığı andan Azərbaycan öz tədbirlərini görməyə başlayıb".
Bunu "Sherg.az"a açıqlamasında YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər deyib.
Gənc fəal bildirib ki, məhz görülən önləyici tədbirlər nəticəsində Azərbaycanda pandemiya halının genişlənməsinin qarşısı alındı:
 


"Son zamanda artımın müşahidə olunması tətbiq edilən qanunlara əməl olunmaması ilə bağlıdır. Ancaq sosial şəbəkələrdə uydurma məlumatlar yayırlar ki, guya zəruri tədbirlər görülmədiyi üçün yoluxanların sayı artır və s. Bunu edənlər "5-ci kolon"un nümayəndələridir. Cənab Prezident çıxışlarında dəfələrlə bu "kolon" haqda məlumat verib. Onların məqsədi vətəndaşlar arasında təşviş yaymaq və ölkənin çətin günündən sui-istifadə etməkdir. Ancaq insanlarımız narahat olmasınlar. Hüquq-mühafizə orqanları qanunsuz əməl törədənlərin qarşısını alacaq. Hamıdan xahiş edirəm ki, sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxslər barədə dərhal müvafiq orqanların qaynar xəttinə müraciət etsinlər. Ən əsası isə qərəzli olmayanlar sosial şəbəkə istifadəçiləri rəsmi dəqiqləşməmiş informasiyaları tirajlamasınlar".