Partiya sədri: “Hamı karantin rejiminin tələblərinə əməl etməlidir”

“Koronavirus Azərbaycanda hələ tədricən vüsət alır. Bu xəstəliyin təhlükəsi, məhz onun tədriciliyi və gizliliyidir”.

Bunu “Sherg.az”a Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, virusun  inkubasion, yəni əlamətsiz dövrü iki həftə və daha artıq müddətdir: 

“İki həftə ərzində daşıyıcı özü də bilmədən ətrafını yoluxdurur. Bu səbəbdəndir ki, dünyanın güclü dövlətləri belə pandemiyanın əsirinə çevriliblər. Azərbaycanda da  ictimai tədbirlərə əl atıldı. Bunlar zəruri tədbirlər idi. Bir sıra sosial yönümlü tədbirlər düzgün seçilməyib. Eyni zamanda ərzaq təhlükəsizliyi, izolyasiya rejiminin boşluqları, şəxsi gigiyena vasitələrinin qıtlığı, xəstəliklə mübarizə tədbirlərində təcrübə mübadiləsi, karantin rejimində saxlanılanların şəraitinin yaxşılaşdırılması və s. bu kimi tədbirlərin təkmilləşdirilməsi faydalı ola bilər. Məncə, hələ bizdə xəstəlik vüsət almayıb, lakin yüksəliş təhlükəsi də qalmaqdadır. Ona görə də hamı karantin rejiminin tələblərinə əməl etməlidir”.