Azərbaycan millisi dünya reytinqində irəlilədi


Beynəlxalq Voleybol Federasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Axar.az xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisi ötən reytinqlə müqayisədə irəliləyib. Bir pillə irəliləyən komandamız 127 xalla dünyada 26-cı olub.
Reytinq cədvəlinə yenə Çin (391) başçılıq edir. ABŞ (382) 2-ci, Braziliya (328) 3-cü pillədə qərarlaşıb.
Kişilərdən ibarət Azərbaycan millisi isə 58-ci pillədəki mövqeyini qoruyub. Komandamızın aktivində 101 xal var.
Reytinq cədvəlinə Braziliya (427) başçılıq edir. Polşa (384) 2-ci, ABŞ (365) 3-cüdür.