88 yaşlı cütlük pandemiyaya qalib gəldi

İspaniyada 65 il birgə yaşayan cütlük eyni gündə koronavirusa qalib gələrək, xəstəxanadan evə buraxılıb.
Elpais.com xəbər verir ki, 1955-ci ildə ailə həyatı quran Xose Prieto Serrudo və Qvadalupe Matas Ernandesin yeddi qız övladı var.
8 martda cütlük evliliklərinin 65 illiyini qeyd edib. Bir gün sonra isə Xose Prieto yüksək hərarətdən və şiddətli baş ağrılarından şikayət edərək, xəstəxanaya yerləşdirilib. Onun koronavirus testi müsbət çıxıb.
Bir neçə gün sonra Qvadalupe Matas da koronavirusa yoluxub və onu həyat yoldaşının müalicə aldığı xəstəxanaya yerləşdiriblər.
Xəstəxananın qaydalarına görə, müalicə alan şəxslərin ayrı palatalarda yatması tələb olunsa da, cütlüyün bir yerdə qalmasına icazə verilib.
Birlikdə COVID-19-la mübarizə aparan ər-arvad pandemiyaya qalib gələrək, eyni gündə evə buraxılıb.