Karantində olan gənc: “Vətəndə məni prezident kimi qarşıladılar”


Mediada koronavirusa tutulduğum barədə məlumat gedəndən sonra sosial şəbəkələrdə “suda boğun onu” kimi şərhlər yazılmağa başlanıb.

Bunu “Sputnik”ə açıqlamasında “Diamond Princess” kruiz laynerində işləyən qırğız bəyan edib.

Onun sözlərinə görə, gəmidə səfərdən əvvəl Çində olmuş sərnişin xəstələnib. Beş gündən sonra isə artıq epidemiya başlayıb.

“Əsəblər tab gətirmirdi”, - Aybek (ad şərtidir) gəmidəki insanların vəziyyəti haqqında danışarkən bildirib. Bununla belə, o, gəmidə təşviş olmadığını vurğulayıb.

Aybek sahilə çıxanda vətənə qayıtmağa qorxduğunu deyib:

“Təyyarədə sərnişinlər əsəb və həyəcan keçirirdilər, bir qadın isə üstümə hücum çəkdi”.

O, zarafatyana ölkəsində prezident kimi qarşılandığını vurğulayıb:

“Hətta yolları bağlamışdılar. Xəstəxanada həkimlər belə məndən qorxurdu”.

Ümumilikdə, yarım ay həkim nəzarətində qalan gəncdə virus tapılmayıb.

Xatırladaq ki, “Diamond Princess” bir aya yaxın Yaponiya sahillərində karantində qalıb. Dörd minə yaxın sərnişindən 700-ü koronavirusa yoluxub, onlardan yeddisi ölüb.