Rusiyada koronavirusa yoluxanların sayı 7497-yə, ölənlərin sayı 58-ə çatıb


Rusiyada son sutka ərzində koronavirusa 1154 yeni yoluxma qeydə alınıb.

APA-nın xəbərinə görə, Operativ Qərargahın məlumatda bildirilir ki, ümumi yoluxanların sayı 7497 nəfərə çatıb.

Yoluxma 81 regionu əhatə edir.

Son sutka ərzində ölənlərin sayı isə 11 nəfərdir. Rusiya ərazisində indiyədək koronavirusdan 58 nəfərin öldüyü açıqlanıb.

Sağalanların ümumi sayı isə 494 nəfərdir, sutka ərzində 88 nəfər xəsətəxanalardan buraxılıb.