“Əfv sərəncamı həmrəylik hisslərini gücləndirdi” – Müsbət rezonans

“Prezident bu addımı ilə cəmiyyətin psixoloji ovqatında istilik yaratdı”


“Prezidentin əfv sərəncamı cəmiyyətdə həmrəylik hisslərini daha da gücləndirəcək”
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bu sərəncamı birmənalı olaraq yüksək humanizm nümunəsi kimi dəyərləndirib: 



“Dünyamızın və ölkəmizin pandemiya təhlükəsi ilə üz-üzə qaldığı indiki həssas dönəmdə ölkə rəhbəri İlham Əliyevin bu addımı cəmiyyətdə yaxşı mənada böyük rezonans doğurdu, rəğbətlə qarşılandı. Hamımız üçün həqiqətən də xoş sürpriz oldu. Sərəncam məhbusların özlərini və ailələrini sevindirməklə yanaşı, həm də cəmiyyətimizə növbəti dəfə birlik, bərabərlik və milli həmrəylik mesajları vermiş oldu. Prezident bu addımı ilə cəmiyyətin psixoloji ovqatında istilik yaratdı və həmrəylik hisslərini gücləndirdi. Əfv edilənləri də təbrik edirəm. Əminəm ki, bu gün adları əfv siyahısında yer alanlar öz növbəsində dövlət başçısının onlara göstərdiyi etimadı və inamı doğruldacaqlar”.