Azərbaycanda koronavirusa yoluxanların SAYI - 717

Azərbaycanda indiyədək ümumilikdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 300 test aparılıb.