BMT-nin əməkdaşları koronavirusa yoluxdular


BMT-nin Cenevredə çalışan 10 əməkdaşı koronavirusa yoluxub.

TASS agentliyi bu barədə Cenevrə qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççiyə istinadən xəbər yayıb.

A.Velluççi əlavə edib ki, BMT-nin müxtəlif bölmələrində 111 əməkdaş COVID-19 pandemiyasına yoluxub.