Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb


Ermənistanda koronavirusa yoluxanların sayı 881 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Ermənistanın Baş Naziri Nikol Paşiyan isə ölkədə daha bir nəfərin koronavirusdan öldüyünü açıqlayıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 9 nəfərə yüksəlib.

Qeyd edək ki, ötən gün Ermənistanda 853 nəfərin koronavirusa yoluxması haqda məlumat yayılıb.