İran səfiri Azərbaycana təşəkkür etdi


İranın Bakıdakı səfiri Cavad Cahangirzadə Azərbaycanın iranlılarla həmrəylik göstərməsini alqışlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə səfirliyin “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, Cavad Cahangirzadə koronavirusla mübarizədə Azərbaycan hökumətinin iranlılarla həmrəyliyini göstərən tədbirlərini yüksək qiymətləndirir.

Səfirin bununla İran bayrağının Heydər Əliyev Mərkəzinin binasında əks olunmasını nəzərdə tutduğu bildirilib.

Iranian Ambassador to Azerbaijan Jahangirzadeh appreciated Azeri government’s measures ( Illumination of Iran’s flag by Heydar Aliyev Center ) in solidarity with Iranians in fighting COVID-19 and described such measure as sign of solidarity with Iranians in fighting coronavirus. pic.twitter.com/rYI7Asopgn

— IRAN Embassy in BAKU (@IRANINBAKU) April 8, 2020