ÜST-dən açıqlama: Peyvəndin hazırlanacağı vaxt...

Yeni tip koronavirusun tamamilə bitməsi peyvənd və dərman istehsalından asılıdır.
Axar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindmeyer Türkiyə mətbuatına deyib.
O bildirib ki, peyvənd və dərmanların nə qədər tez zamanda hazırlanacağı bəlli deyil:
“Hazırda bununla bağlı dəqiq proqnozumuz yoxdur. Həqiqətən demək çətindir. Peyvəndin yalnız 12-18 ay ərzində istehsal edilə biləcəyi məlumdur. Peyvəndin hazırlanması pandemiya ilə mübarizədə uğur qazanmağımız üçün çox vacibdir”.