İbrahim Məmmədov: “Ölkədə beş milyona yaxın tibbi maska ehtiyatı yaradılıb”


“Bu gün ölkədə beş milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Apteklərə 450 minə yaxın tibbi maska buraxılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, gün ərzində 100 mindən artıq tibbi maska satılır:

“Eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə olan məlumata əsasən, 110 milyon manatdan artıq vəsait toplanıb. Koronavirusla mübarizədə lazım olan tibbi vasitələr Azərbaycana gətirilib. Ölkədə tibbi maska istehsalına başlanılıb”.