Karantin rejimi uzadıla bilər – Rəsmi 

Əgər bugünkü dinamika qalarsa, nəinki karantin müddəti uzadıla, hətta sərtləşdirilə bilər.
"Sherg.az" xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu, hazırkı statistikaya görə gəlinən qənaətdir:
“Karantin rejimi qaydaları bu şəkildə pozulmaqda davam edərsə və yoluxma bu cür olarsa, karantin rejimi nəinki uzadılacaq, hətta sərtləşəcək. Ona görə hər şey vətəndaşlarımızdan asılıdır ki, onlar maksimum karantin şərtlərinə əməl etsinlər”.