Ucar, İsmayıllı və Şamaxıda son durum: 186 nəfər...


Koronavirus (COVİD-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminə bəzi vətəndaşlar tərəfindən heç də riayət olunmur və onlar polislər tərəfindən qanuna müvafiq olaraq cərimələnirlər.

Axar.az xəbər verir ki, təkcə son üç gündə Ucarda polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərini pozan 83 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq ediblər və onlar 100-200 manat məbləğində cərimə olunublar. Karantin rejiminin tələblərini daha kobud şəkildə pozan 3 nəfər barəsində isə həbs cəzası tətbiq edilib.

İsmayıllı rayonunda bir gündə gücləndirilmiş karantin rejimini 24 nəfər pozub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən onların hamısı 100-200 manat məbləğində cərimə olunub.

Karantin rejiminə Şamaxı rayonunda da bəzi vətəndaşlar tərəfindən əməl edilmir. Təkcə bir gündə polis əməkdaşları 79 nəfəri saxlayıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə tətbiq edilib. Onların hər biri 100-200 manat məbləğində cərimə ödəməli olublar.