Yeni açılan fabrik Tovuza 3 min maska göndərdi - Şəhid ailələri, qazilər və...


Yenicə fəaliyyətə başlayan  "Bakı Tekstil Fabriki" Tovuz rayonu 105 saylı seçki dairəsindən millət vəkili seçilmiş Qənirə Paşayevanın xahişi və təşəbbüsü  ilə Tovuz rayonunda yaşayan şəhid ailələri, müharibə əlilləri, qazilər, tənha şəxslər, aztəminatlı ailələr üçün 3000 maska hədiyyə edib. 

“Sherg.az” xəbər verir ki, Q. Paşayeva isə belə çətin günlərdə müraciətə həssaslıqla yanaşan "Bakı Tekstil Fabriki"nin rəhbərliyi və kollektivinə dərin təşəkkür edir və minnətdarlığını bildirib. 
Fabrikin istehsalı olan maskalar artıq Tovuz rayonuna göndərilib, artıq sakinlərə paylanılmaqdadır. Qənirə Paşayeva bildirib ki, son zamanlar Prezident İlham Əliyevin karonavirusla bağlı mübarizədə atdığı zəruri addımları, eləcə də ölkəmizin maska təminatı ilə bağlı gördüyü işləri, "Bakı Tekstil Fabriki"nin açılışını etməsi cəmiyyətimiz üçün belə həssas məqamda olduqca önəmli hadisədir. Cənab Prezidentimizin bildirdiyi kimi "Biz birlikdə güclüyük" və hər kəs öz imkanları daxilində dünyanı cənginə almış karonavirusla mübarizədə öz töhfəsini verməli, xalqımızın sağlamlığı, dövlətimizin rifahı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməlidir.