Karantin qaydalarını pozan 9959 sürücü məsuliyyətə cəlb edilib - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi son sutak ərzində karantin qaydalarını pozduğu üçün saxlanılan avtomobillərin sayını açıqlayıb.
İdarədən "Sherg.az"a daxil olan məlumaat görə, karantin rejiminin pozulmasına görə ötən gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.