Bu rayonlar üzrə pensiyaların verilməsinə başlanılıb

COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının yaranmaması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də, ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə uyğun olaraq dəyişdirilib.
Oxu.Az-ın məlumatına görə, bu gün Nizami, Nərimanov və Xətai rayonlarının sakinləri pensiya ala biləcəklər.
Qeyd edək ki, pensiyaların Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə aprelin 10-da, respublikanın digər rayonlarında, həmçinin, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə aprelin 15-də ödənilməsi müəyyənləşdirilib. 
Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri aprelin 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardımı (ÜDSY) ödənişi isə 28-də təmin ediləcək.

Xatırladaq ki, Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları, eləcə də, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə ödənişlər dünən - aprelin 8-də tamamlanıb.

Qeyd edək ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankomatlardan, eləcə də, “Azərpoçt”un bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək olar.