“Əfv sərəncamı vətəndaşlara qayğının bariz nümunəsidir” – Humanist addım


Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən “COVİD-19” koronavirus pandemiyası ilə əlaqədər xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-i keçən şəxslər məhkumluqdan azad olunublar.

Dövlət başçısının müvafiq sərəncamını müsbət qiymətləndirən hüquq müdafiəçisi Səadət Bənənyarlı  “Sherg.az”a bu addımın humanizm nümunəsi olduğunu söyləyib:

“Əlbəttə, Prezidentin sərəncamı vətəndaşlara qayğının bariz nümunəsidir. Çünki mövcud pandemiya ilə əlaqədər cəzaçəkmə müəssisələrindəki şərait o qədər də arzuolunan səviyyədə deyil. Elə bu səbəbdən  də çox istərdim ki, məhbusluq müddətinin bitməsinə bir neçə ay qalanlar, o cümlədən ictimiyyətdə tanınan məhbuslar da azad olunsunlar. Başa düşürəm, bəlkə də, bütün bunları bir sərəncamla etmək olmaz. Amma hər halda fövqəladə vəziyyəti nəzərə alıb çoxlarına güzəştə getmək olar”.