477 şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub – RƏSMİ


Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı statistik göstəricilər açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyət haqqında icmal hesabatında bildirilib.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitamla bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş müraciətlərin sayı 1074 olub.

477 şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub.

15 şəxs (13 şəxsin vəsatətləri Dövlət Miqrasiya Xidməti tərəfindən göndərilib) Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub. 469 şəxs (241 şəxsin vəsatətləri Xidmət tərəfindən göndərilib) Azərbaycan Respublikasının vətəndaşlığından çıxıb, 113 şəxsin sənədləri icradadır.

2019-cu ilin 31 dekabr tarixinə ölkədə qanuni əsaslarla olan və ya yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də sayı açıqlanıb – 109 130 nəfər.