Ukraynada koronavirusdan ölənlərin sayı 70-ə çatır

Ukraynada son sutka ərzində daha 311 nəfər koronavirusa yoluxub.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukraynada koronavirusa yoluxanların sayı 2203 nəfərə çatıb, 61 nəfər sağalıb, 69 nəfər ölüb.