"Yaxşı əməlin reklamı ancaq və ancaq faydalı ola bilər” - Fazil Mustafa

"Kim bu ərəfədə insanlara yardım edirsə, bunu həm də təbliğ edirsə, təşviq edirsə, reklam edirsə, Allah ondan razı olsun!"


“Sağ əlin verdiyini sol əl bilməməlidir! Bəs sol əl verdiyini necə icazə verirsiniz sağ əl bilsin?”.

“Sherg.az” xəbər verir ki, bunu sosial şəbəkədə millət vəkili Fazil Mustafa yazıb. 

Son günlər sosial şəbəkədə ehtiyac sahibi insanlara edilən yardımların reklam edilməsi məsələsinə toxunan deputat bildirib ki, İslam dininin belə qadağası yoxdur: 

“Qardaşım, yalan deyirlər, “Quran”da deyir ki, Allah açıq da, gizlin də yardım edənləri sevər. Gizli etsəniz daha yaxşı olar. Kim bu ərəfədə insanlara yardım edirsə, bunu həm də təbliğ edirsə, təşviq edirsə, reklam edirsə, Allah ondan razı olsun! İstər şirkət olsun, istər fiziki şəxs! Gücünüz yetən səviyyədə imkansız insanlara yardımızı edin, sonrasına isə mən icazə verirəm, hətta kəfil də oluram: gücünüz yetən qədər də özünüzü reklam edin! Yaxşı əməlin reklamı ancaq və ancaq faydalı ola bilər”.