Azərbaycan polisindən humanist ADDIM - Ac quşları yemlədi - Təsirli fotolar

“Polislərin imici yüksələcək. Çünki karantin vaxtı hər kəs onların əzmkarlığını, vətəndaşlıq mövqeyini gördü” 


Sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilərin marağına səbəb olub. Fotolardan aydın olur ki, şəhərin mərkəzi küçələrində xidmət aparan polis əməkdaşları göyərçinlərə dən verirlər. Ümumiyyətlə, son vaxtlar polis əməkdaşlarının humanistliyi, qayğıkeşliyi onlara qarşı olan münasibəti dəyişir. Əvvəl bu peşə sahiblərini zorakılıqda ittiham edənlər, indi onları başqalarına nümunə göstərirlər.



Deməli, koronavirus pandemiyası, karantin rejimi insanların bir-birilərinə münasibətinə müsbət təsir göstərib. 

Vəziyyəti “Sherg.az”a dəyərləndirən keçmiş polis rəisi Mahmud Hacıyev təkcə polis işçilərinin yox, digərlərinin də əməyini yüksək qiymətləndirdi: 

“İndi polislər kimi, həkimlər, jurnalistlər də ciddi işləyirlər. Mən də polis olmuşam. Bilirəm, gücləndirilmiş iş rejimində çalışmaq nə deməkdir. Əlbəttə, polis işçilərimizin bu addımı təqdirəlayiqdir. Ümumiyyətlə, fövqəladə vəziyyətlər zəhmətkeşlərin əməyini qiymətləndirmək üçün şərait yaradır. Bundan sonra polislərin imici yüksələcək. Çünki karantin vaxtı hər kəs onların əzmkarlığını, vətəndaşlıq mövqeyini gördü”.