"Bütün proseslərə Prezident şəxsən nəzarət edir" - Eldar İbrahimov

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə koronavirusa qarşı mübarizədə atılan addımlar, dövlət başçısı tərəfindən ayrılan vəsaitlər birbaşa ölkə vətəndaşının sağlamlığının qorunmasına xidmət edir”.

Bunu “Sherg.az” açıqlamasında millət vəkili Eldar İbrahimov deyib. 

Deputat bildirib ki, Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunması üçün bütün vasitələrdən, imkanlardan istifadə edir: 

“Dövlət başçısının xaricdən tibbi ləvazimatların alınması üçün 97 milyon manat vəsait ayırması bir daha onu göstərir ki, vətəndaşların təhlükəsizliyi rəhbərlik üçün ən ümdə məsələdir. Prezident şəxsən özü bütün proseslərə nəzarət edir. Məqsəd ondan ibarətdir ki, insanlarımız sağlam yaşasınlar və biz bu bəladan az itki ilə çıxa bilək”. 

E.İbrahimov vurğulayıb ki, dövlət tərəfindən bütün zəruri addımlar atılır: 

“İnsanlarımız da məsuliyyətli olmalıdır. Hamı “evdə qal” çağırışına qoşulmalı, həm özlərini, həm də ailələrini qorumalıdır. Bu, həm də cəmiyyətin qorunması deməkdir”.