Bir daha göründü: Türk dövlətlərinin bir-birinə münasibəti digər dövlətlərin əlaqələrindən fərqlənir


Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının keçirdiyi video-konfransı beynəlxalq ictimaiyyət maraqla qarşılayıb. Konfrans koronavirus pandemiyasının doğurduğu  çətinlikləri atadan qaldırmaq, vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyıb. 

 Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Sherg.az”a bu konfransın türkdilli dövlətlərin əlaqələrinin möhkəmlənməsi baxımından  mühüm təşəbbüs olduğunu deyib:

“Bu təşəbbüsü dövlət başçımızın irəli sürməsi ikiqat fərəhləndiricidir. Biz göstərdik ki, türk dövlətlərinin bir-birinə münasibəti digər dövlətlərin əlaqələrindən fərqlənir. Biz bir-birimizə təmənnasız kömək etməyə hazırıq. Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycanın qardaş ölkənin yanında olduğu kimi. İndi də biz mövcud bəlaya qarşı birgə mübarizə aparmalı, güclərimizi birləşdirməliyik”.